Bilgi.az
Telefonunuz cibinizdə enerji yığacaq - SENSASİYA
Bu şalvar telefonunuzun enerji yığmasına kömək edəcək. Elm adamları omba hərəkətləri ilə enerji toplayan telefon kəşf edənə qədər, stilistlər belə şalvar hazırlayıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Joe's Joeans #HELLO"nun stilistləri artıq telefonun enerji yığa biləcəyi şalvarları istehsal edib. Bu şalvarların bel hissəsinə yaxın bölgəsində incə batareya cibi və sağ tərəfdəki arxa cibin arxasında yeni nəsil telefonlar üçün cib var.
Şalvarı hazırlayanlar iddia edir ki, insan gəzərkən cibindəki telefon enerji toplaya biləcək. Bu, telefonun köhnə batareya ilə kənardan enerji toplamasına bənzəyir. Ancaq önəmli məqam bu işin xüsusi hazırlanmış şalvara tikilmiş olmasıdır.
Bu sistemin əsas xüsusiyyətlərindən biri telefonun üzərinə ağır yük düşməməsi şərtidir. Bunun üçün də telefon arxa cibə deyil, ondan bir az yuxarı hissədə xüsusi tikilmiş cibə qoyulur.
Hələlik bu şalvarlar yalnız qadınlar üçün hazırlanıb. Şalvarın qiyməti 189 dollardır. Batareyaların qiyməti isə bura daxil deyil. Həm də bunun üçün sizə əlavə nazik batareya qabı almaq lazımdır ki, bunun da qiyməti 49 dollardır. İstehsalçılar "iPhone"nin bu şalvarda 70% enerji toplayacağına əmin edirlər.
Gülxar
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...