Bitli selfi
Bizi izləyin

Bilgi.az

Bitli selfi

Selfi insanlar arasında bitin yayılmasına səbəb olub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın tanınmış kosmetoloqu Loren Hikman belə bir qənaətə gəlib.

Onun sözlərinə görə, əvvəllər bit insanların geyim, yataq və papaqlarını ortaq istifadə etmələri səbəbindən yayılırdı. Son zamanlar isə bitin sürətli şəkildə insanlar arasında yayılmasının əsas səbəbi "selfi"dir.

"Hər kəs telefonunu yuxarı qaldırıb, başını dostunun başına yaxınlaşdırır. Bitlər hoppanıb, uça bilməsələr də, bir saniyə içərisindən bir nəfərdən başqasına keçə bilirlər", - deyə L.Hikman bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm