Hansı elektrik cihazları sonsuzluğa səbəb olur?
Bizi izləyin

Bilgi.az

Hansı elektrik cihazları sonsuzluğa səbəb olur?

Aparılan araşdırmalar gündəlik həyatda istifadə etdiyimiz elektrik cihazlarının sonsuzluğa səbəb ola biləcəyini göstərib.

Publika.az xəbər verir ki, mütəxəssislər bunun qarşısını almaq üçün elektirk cihazlarından istifadəni məhdudlaşdırmağı, istifadə edilmədiyi vaxtlarda cihazları söndürməyi təklif ediblər.

Bu cihazlardan ən təhlükəlisi mobil telefonlardır. Həyatımızın bir parçasına çevrilən və yanımızdan ayırmadığımız mobil telefonlar həm sağlamlığımızı, həm də valideyn olmaq şansımızı əlimizdən alır.

Odur ki, bəzi ehtiyat tədbirləri görüb həmin zərərli təsiri minimuma endirmək lazımdır. Mobil telefonun bədəninizlə təmas etməməsi önəmlidir. Telefonu cibinizdə gəzdirməyin. Bu cinsi orqanlara mənfi təsir edə bilər. Telefonla danışarkən qulaqcıqdan istifadə edin. Gecə yatarkən özünüzdən uzaq bir yerə qoyun və ya söndürün.

İkinci ən böyük təhlükə isə noutbuk və "WI-FI"-dır. Qucağa qoyulan və fasiləsiz istifadə edilən noutbuklar xüsusilə də, kişilərdə sonsuzluğa səbəb olur. Bu cihazdan yayılan elektromaqnit dalğaları kişilərin cinsiyyət orqanlarına təsir edərək sonsuzluq problemi ilə üzləşmə riskini artırır. Noutbukdan yayılan şüalar spermaların hərəkət sürətini azaldır və keyfiyyətini aşağı salır. Ona görə də, kişilərin noutbuk və digər bənzər alətləri qucaqlarına qoyaraq işlətməmələri tövsiyə olunur.

Qadınların ən böyük düşməni isə mətbəxdə işlədilən mikrodalğalı sobalardır. Bu cihazın yaydığı şüalar menstruasiyanın gecikməsinə, yumurtalığın zərər görməsinə və hətta körpənin ölü doğulmasına qədər aparıb çıxara bilər. Mikrodalğalı sobalardan yayılan radiasiya kişilərə də mənfi təsir göstərir.

Mümkün olduğu qədər belə sobalardan istifadə etməyin. Sobaya yemək qoyduqdan sonra ondan uzaq dayanmaq da mənfi təsiri azalda bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm