Dünyanın ən balaca boylu kişisi – FOTOLAR-VIDEO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən balaca boylu kişisi – FOTOLAR-VIDEO

Nepalın Rimkxoli kəndində yaşayan 75 yaşlı Çandra Baxadur Danqi dünyanın ən kiçik boylu adamıdır. Publika.az xəbər verir ki, Ginnesin "Rekordlar" kitabına düşən qoca 1939-cu ilin noyabrında Salyan rayonunda dünyaya gəlib.

İllər sonra boyunun balaca olmasının ona fayda verəcəyini zənn edən nepallı paytaxtdan məşhur kitabın rəhbərliyinə müraciət edərək onu dünyanın ən kiçik boylu sakini kimi qeydiyyata almağı xahiş edib. Və istəyinə nail olub.

Çandra Baxadur Danqi 54 santimetr boya, 14 kiloqram çəkiyə malikdir. O, belə balaca boyu ilə Gulya Məhəmməd (1957-1997) adlı sələfini üstələyib. Çandranın ortaya çıxmasına qədər dünyanın ən kiçik boylu kişisi adlandırılmış Məhəmmədin boyu 57 santimetr idi.

Boyunun kiçik olmasına baxmayaraq indiyədək bircə dəfə də olsa dərman qəbul etmədiyini deyən rekordçu heç vaxt ağır xəstəlik keçirmədiyini bildirib.

Qoca hal-hazırda qohumları ilə 200 evdən ibarət Rimkxolidə məskunlaşıb. Bütün dünyanı gəzmək arzusuyla yaşayan 75 yaşlı qoca bir müddət əvvəl dünyanın ən kiçik qadını Yoti Amqe ilə, bundan sonra isə Yer üzünün ən ucaboylu kişisi ilə görüşüb. Ginnesin "Rekordlar" kitabına düşdükdən sonra populyarlaşan qoca ölkəsinin ayrı-ayrı yerlərini gəzməyə çıxıb.

İndiyədək ailə qurmayan nepallı qardaşının ailəsi ilə birlikdə yaşayır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm