Bilgi.az
Bu əlil hər kəsi düşündürür - FOTOLAR
Çinin Çonqinq kəndində yaşayan bu ana-bala internet istifadəçilərini düşünməyə vadar edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı əlil insan yaşlı anasının qayğısına qalaraq onun hər ehtiyacını ödəməyə çalışır.
Çen Sinyin hər iki qolunu uşaqkən elektrik cərəyanı vurması nəticəsində itirib. Buna baxmayaraq, o yemək bişirməyi, təsərrüfat işləri görməyi öyrənib. 20 yaşında atasını itirən Çen evin bütün təsərrüfat işlərini öz boynuna götürüb. Ailənin digər övladları evi tərk etsələr də, Çen anasının yanında qalmağa üstünlük verib.
2014-cü ildən bəri Çen 91 yaşlı yataq xəstəsi olan anasına qulluq edir. 1 il əvvəl iflic keçirən qadının səhhəti getdikcə daha da pisləşir. Çen demək olar ki, bütün ev işlərini ayaqlarının köməyi ilə görür.
Lakin qış fəsli Çen üçün ağır keçir. Bütün işlərini ayaqları ilə görən Çenin ayaqları donur. Qonşularından biri onu dilənməyə dəvət etsə də, Çen bundan imtina edib. Çen ayaqları sayəsində özünü və anasını dolandırdığını deyərək dilənçiliyi alçaqlıq hesab etdiyini söyləyib.
Nura
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!