Dünyanın ən bahalı 10 yaxtası və sahibləri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən bahalı 10 yaxtası və sahibləri – FOTOLAR

Məşhur "Wealth-X" şirkəti Monakoda keçirilən beynəlxalq yaxta sərgisində dünyanın ən bahalı 10 yaxtasını və onların sahiblərin adlarını açıqlayıb.

Publika.az həmin yaxtaları və onların sahiblərini fotoları ilə təqdim edir:

1."Eclipse" yaxtası.

Qiyməti 1 milyard dollar təşkil edir. Yəhudi əsilli rus iş adamı Roman Abramoviç tərəfindən satın alınan bu yaxta 182 metr uzunluğundadır. Hazırda bu yaxta dünyanın ən böyük və bahalı yaxtası adını daşıyır.

"Eclipse" yaxtasında 2 helikopter dayanacağı, kinostudiya, diskoteka-bar və restoran yerləşir. Hətta, yaxtada paparazzilərdən qorunmaq üçün lazer müdafiə sistemi qurulub.

2. "Azzam" yaxtası.

Qiyməti 627 milyon dollar təşkil edir. Uzunluğu 180 metr olan "Azzam" yaxtası nəhəngliyinə görə bəzi tankerlərlə müqayisə oluna bilər. Sözügedən yaxtanın hazırda sahibi Birləşmiş Ərəb Əmirliyinin naziri Şeyx Xəlifə bin Zayed al-Nahyana aiddir.

Almaniyanın gəmi istehsalçısı olan "Lürssen Yachts" şirkəti tərəfindən 4 il ərzində hazırlanan yaxtada 50 otaq mövcuddur.

"Wealth-X" şirkətinin məlumatına görə, bu yaxta üçün ödənilən 627 milyon dollarlıq vəsait Şeyx Xəlifə bin Zayed al-Nahyanın sərvətinin ancaq 3 faizini təşkil edir.

3. "Topaz".

Qiyməti 520 milyon dollar təşkil edir. 2012-ci ildə "Lurssen Yachts" şirkəti tərəfindən hazırlanan bu yaxta 527 milyon dollara satılıb. Yaxta Birləşmiş Ərəb Əmirliyinin baş nazirinin müavini Mansour Bin Zayed Al Nahyan tərəfindən alınıb. Bu yaxtada helikopter dayanacağı, konsert salonu, kinostudiya və sairə salonlar mövcuddur.

4. "A" yaxtası.

Qiyməti 390 milyon dollar təşkil edir. Rusiyalı zəngin iş adamı Andrey Melnichenkoya aid olan bu yaxtanın sifarişi Philippe Starck tərəfindən verilib. Yaxtanın təkcə duş kranının qiymətinin 40 min, nərdivanın əl tutacaqlarının qiymətinin isə 60 min dollara sicfariş verildiyi deyilir. Yaxtanın yataq otağında gün batmasını və gün çıxmasını seyr etmək üçün avtomatik yataq dəsti quraşdırılıb.

5. "Serene" yaxtası.

Qiyməti 330 milyon dollar təşkil edir. Rusiyanın tanınmış araq ticarətçisi Yuri Şefflerin sahibi olduğu "Serene" yaxtasının uzunluğu 167 metrdir. Gecələr neon lampalarla işıqlandırılan yaxta maraqlı mənzərələrlə diqqət çəkir. Bu yaxta 7 göyərtədən, 12 otaq və açıq-bağlı üzgüçülük hovuzlarından ibarətdir.

6. "Radiant" yaxtası.

Qiyməti 320 milyon dollar təşkil edir. Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) olan milyoner avtomobil taciri Abdulla Al Futtaimin sahib olduğu sözügedən 136 metrlik yaxta "James Bond"un istifadə etdiyi texniki imkanlara sahibdir. Belə ki, bu yaxtaya hər hansı yad adam yaxınlaşan zaman dərhal qulaqları kar edə bilən yüksək səs effekti olan silahlar işə düşür. Yaxtada olan digər silah isə 90 metrlik toplardır. Bundan əlavə, yaxtada sürətli kiçik yaxta da yerləşdirilib. Yaxtanın göyərtəsində cakuzi və idman salonu da var.

7. "Dubay" yaxtası.

Qiyməti 300 milyon dollar təşkil edir. Bruney şahzadəsi Jefri Bolkiah üçün hazırlanmış 165 metrlik yaxta satışa çıxarılsa da, ancaq 10 il yeni sahibini gözləyib. Yaxtanın yeni sahibi isə Dubay əmiri Şeyx Mohammed Rashid al-Maktoum olub. Hazırda yaxta 7 göyərtədən, üzgüçülük hovuzu, helikopter dayanacağı və tens salonundan ibarətdir.

8. "Al Said" yaxtası.

Qiyməti 300 milyon dollar təşkil edir. Omman sultanı olan milyarder Qaboos bin Said Al Said üçün hazırlanan bu yaxtanın uzunluğu 155 metrdir. Yaxta eyni vaxtda 70 qonağı və 154 işçini üzərində gəzdirə bilir.

Yaxtada helikopter dayanacağı, lift və konsert salonu da var.

9. "Pelorus" yaxtası.

Qiyməti 300 milyon dollar təşkil edir. Səudiyyə Ərəbistanından olan iş adamı üçün hazırlanmış "Pelorus" ilk sahibi 2004-cü ildə tanınmış milyarder Roman Abramoviç olub. Roman Abramoviç bu yaxtanı daha sonra keçmiş arvadına boşanma təzminatı olaraq verib.

2011-ci ildə isə sözügedən yaxta 300 milyon dollara ABŞ-dan olan yəhudi media patronu David Geffenə qismət olub.

"Pelorus" yaxtasında lüks şəraitlə yanaşı, 2 helikopter dayanacağı və bir qarajda var.

10. "Al Mirqab" yaxtası.

Qiyməti 250 milyon dollar təşkil edir. Qətərin sabiq baş naziri Hamad bin Casim bin Cabir bin Muhammed Al Thaninin sahibi olduğu bu yaxtanın uzunluğu 133 metrdir. 12 otaqdan ibarət olan yaxtada eyni vaxtda 24 nəfəri yüksək səviyyədə qonaq qəbul etmək üçün şərait yaradılıb. Yaxtada üzgüçülük hovuzu, helikopter dayanacağı və kinostudiya yerləşir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm