Bu qız kök hesab edildiyi üçün iş tapa bilmir - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu qız kök hesab edildiyi üçün iş tapa bilmir - FOTOLAR

İsveçli model Aqnes Viktoriya Hedenqard moda dünyasına üsyan edib.

Publika.az xəbər verir ki, 57 kilo olmasına baxmayaraq, kök hesab edilən və bu səbəbdən iş tapa bilməyən 19 yaşlı model yarıçılpaq şəkildə kamera qarşısına keçərək nə qədər arıq olduğunu göstərib:

"5 ildir ki, modelliklə məşğulam. Amma artıq iş tapa bilmirəm. Kök olduğumu əsas gətirib mənə iş vermirlər. Halbuki, Avropa ölkələrinin bir çoxunda həddən artıq arıq modellərə iş verilməməsi ilə bağlı tələblər var. Mən isə İsveçdə belə iş tapa bilmirəm".

Videosunu "Facebook" və "YouTube"da milyonlarla insanın izlədiyi model rəfiqələrinin də eyni problemlə üzləşdiyini bildirib.

Aqnes bir ildir ki, yarıac şəkildə yaşadığını söyləyib:

"Düz 1 ildir demək olar ki, yemək yemirəm. Hər gün aldığım kalorini hesablayıram. Yemək istəyimi tamamilə itirib anoreksiya olmaqdan qorxuram".

Modelin fotolarını təqdim edirik. Bu qızın kök olub-olmadığına siz qərar verin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm