Əriməyən dondurma hazırlanıb
Bizi izləyin

Bilgi.az

Əriməyən dondurma hazırlanıb

Böyük Britaniyada əriməyən dondurma hazırlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əriməyən dondurmanın tərkibi məxfi saxlanılır. Bircə o məlumdur ki, dondurma vanil örtüyünə görə, formasını uzun müddət qoruyub saxlaya bilir.

Dondurma aşpaz Heston Blümentalın təcrübələri əsasında kəşf olunub . Belə ki, aşpaz "Yağlı ördək" restoranında müştərilərə qeyri-adi yeməklər təklif edir. Məsələn, onun restoranında müştərilərə ilbizdən sıyıq, qaxac edilmiş donuz ətindən dondurma, qara kürü ilə ağ şokolad və sarımsaqlı peçenye verilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm