Anasının tərk etdiyi körpəni it əmizdirdi - VİDEO
Bizi izləyin

Bilgi.az

Anasının tərk etdiyi körpəni it əmizdirdi - VİDEO

Çilidə bütün ölkəni şoka salacaq bir xəbər yayılıb.

Alkoqol anası tərəfindən tərk olunan körpə hamilə bir iti əmərək sağ qalıb. Hadisəni qonşular görərək hüquq-mühafizə orqanlarına xəbər veriblər. Dərhal xəstəxanaya çatdırılan uşağın kifayət qədər bəslənmədiyi, dəri infeksiyasına yoluxduğu və saçlarına bit düşdüyü müəyyən olunub. Müalicə olunan uşaq daha sonra körpələr evinə göndərilib. Xəstəxanaya da alkoqollu gedən ana körpəsinə zərər vermədiyi üçün polis tərəfindən saxlanılmayıb. Amma körpənin qəyyumluğunun anasından alınması üçün məhkəmə iddiası qaldırılıb. Hüquq-mühafizə orqanları əməkdaşları bir tərəfdən də azyaşlının atasını tapmağa çalışırlar.

Hər il minlərlə körpənin öz valideynləri tərəfindən tərk edildiyi Çilidə it əmən 2 yaşlı uşağım əhvalatı böyük marağa səbəb olub. (anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm