İpəkqurdu baramasından zirehli jilet ixtira olundu - FOTO
Bizi izləyin

Bilgi.az

İpəkqurdu baramasından zirehli jilet ixtira olundu - FOTO

Tailandda yeni zirehli geyim – bronejilet ixtira olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin iki sakini bu zirehli geyimin hazırlanmasında kauçukdan və ipəkqurdunun baramasından istifadə ediblər.

Yerli mətbu orqanlardan olan "Bangkok post"un məlumatına görə, ixtira Orapin Thonqnonqoya və Panomkorn Xoahonqa məxsusdur.

Yeni zirehli geyimin çəkisi modifikasiyadan asılı olaraq 2,4-4 kiloqram, qalınlığı isə 0,5 santimetdən 2 santimetrə qədər dəyişir. İxtiraçılar tapançanın və 5,6-9 millimetrlik tüfəngin mərmilərinin yeni bronejileti deşməyə müvəffəq olmadığını bildirirlər. Onlar bunu ipəkqurdu baramasının elastikliyi və yüksək davamlılığı, həmçinin onun maye kauçukla möhkəm yapışdırıllması ilə əsaslandırırlar.

Zirehli jileti ənənəvi zirehli geyimlərlə müqayisədə 2,5 dəfə ucuz qiymətə əldə etmək mümkün olacaq. 2,4 kiloqramlıq zirehli geyimin qiyməti təxminən 100 dollardır.

Patentləşdirilmiş yeni ixtiranın sahibləri onu sınaq üçün tezliklə Tailandın Müdafiə Nazirliyinə və polisə təqdim edəcəklər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm