Eşq yaşınızı tapın! – TEST
Bizi izləyin

Bilgi.az

Eşq yaşınızı tapın! – TEST

Hansı yaşda olmağımızdan asılı olmayaraq, eşq qapımızı döyəndə dəyişməyə başlayırıq. Eşq kimimizi uşaqlaşdırır, kimimizi də həddən artıq qısqanc bir despota çevirir.

Yetkin, karyerasında uğurlar əldə etmiş, orta yaş həddini keçmiş insanların şəxsi həyatda sözün əsl mənasında uşaq kimi davrandıqlarına yəqin ki, siz də şahid olmusunuz. İntellektual səviyyəmiz nə qədər yüksək olsa da, hisslərimizin üstünlük təşkil etdiyi məsələlərdə ağıllı qərarlar verə bilmirik. Eşq elə bir duyğudur ki, məntiqimizi dondurur və sanki bizi iplə hərəkət etdirilən kuklaya çevirir. Buna tarixdə də bir çox nümunə tapmaq olar. Məşhur sənətkarlardan dövlət xadimlərinə - bir çox insan eşq uğrunda elə ağlasığmaz addımlar ataraq özlərini pis vəziyyətdə qoyublar ki...

Bəs, görəsən, siz eşqinizi necə yaşayırsınız? Eşq içinizdəki uşağı üzə çıxarır, yoxsa yetkinlik yaşına çatmamış gənclər kimi həyəcanlı olursunuz? Bəlkə də çox gənc olmağınıza baxmayaraq, ciddi və yetkin qərarlar verirsiniz?

Bütün bu suallara cavab verməyin bir yolu var – Publika.az-ın təqdim etdiyi "eşq yaşı testi"ni həll etmək. Sizin üçün də maraqlıdırsa, dərhal testimizə keçək.

Aşağıdakı 40 cümləni oxuyun və sizə uyğun olanları işarələyin.

1. Qarşı tərəfin fikirləri ilə razılaşmıram.

2. Eşqin ilk mərhələsində duyğular çox dərin olmalıdır.

3. Şəxsi həyatda edə biləcəklərimi və sərhədlərimi dəqiq bilirəm.

4. Eşq bəzən sevgilidən bezməkdir.

5. Hər eşq cazibə qüvvəsinə tabedir.

6. Partnyorum həm də dostum olmalıdır.

7. İnsanlara bağlana bilmirəm, tez sıxılıram.

8. Özümə "yox" deməyi bacarıram.

9. Öncəki münasibətlərimdən, təcrübələrimdən dərs çıxartmağı bacarıram.

10. Partnyorumun hər işimə qarışmasını xoşlamıram.

11. Sevgi, şəvqət eşqin təməlidir.

12. Eşqin ən böyük düşməni gündəlik problemlərdir.

13. Partnyorum məni təəccübləndirə bilmir.

14. Partnyorumu tanımaq üçün səy göstərmirəm.

15. Ehtiras olmasa, eşq yavaş-yavaş solar.

16. Cütlüklərin şəxsi həyatları ilə bağlı söhbətlər etməyini qəbul etmirəm.

17. İlk görüşdən təsirlənməliyəm.

18. Sevgilimin göstərdiyi təzyiq, mənim ona əks təsirimdən çox deyil.

19. Münasibətdə güvən, inam hissi çox önəmlidir.

20. Kim nə deyirsə, desin, cinsi həyatın istədiyim kimi olması çox önəmlidir.

21. Hələ də ruh əkizimi axtarıram.

22. Mənim həyat fəlsəfəm: "Zövq və çeşidlilik"

23. Uzunmüddətli əlaqə istəyirsənsə, qarşındakını anlamalı və bəzi əskikliklərini tamamlamağa çalışmalısan.

24. Bəzən partnyorumun məni xəyal qırıqlığına uğratması ilə barışmalı oluram.

25. Partnyorum olsa da, olmasa da, daim baxımlıyam.

26. Adət-ənənələrə bağlı insanam.

27. Münasibətim bitdikdən sonra, özümü yaxşı hiss etmək üçün alış-veriş, şokolad kimi xoşbəxtlik üsullarına əl atmağın tərəfdarı deyiləm.

28. Partnyorum məni olduğum kimi qəbul etməlidir.

29. Eşqdə hər şey qarşılıqlı olmalıdır.

30. Münasibətdə olan insanlar arasında tez-tez dava-dalaşın düşməsi onların bir-birlərinə qarşı olan duyğularının dərinliyindən xəbər verir.

31. Partnyorumdan qorxularımla üzləşməyimə kömək etməsini və arzularımı reallaşdırmasını gözləmirəm.

32. Özümə hakim ola bilmirəm. Ona "yox" demək imkansızdır.

33. Övlad sahibi olmaq eşqin ölməsinə səbəb olur.

34. Birlikdə vaxt keçirmək, film izləyib, musiqi dinləmək ən az sevişmək qədər önəmlidir.

35. Özümə güvənim yüksəkdir.

36. Eşq və acı birlikdə yeriyir.

37. Mükəmməl eşq danışmadan sadəcə baxışlarla bir-birini anlamaqdır.

38. Eşqdə enişlər də olar, yoxuşlar da.

39. Mən eşqin ömrünün 3 il olduğuna inanıram.

40. Lazım gələndə onun etdiklərinə göz yummağı bacarıram.

Testin nəticəsi

1-A 2-B 3-C 4-D 5- B 6-D 7-A 8-C 9-C 10-A 11-D 12-B 13-D 14-C 15-B 16-A 17-A 18-C 19-D 20-B 21-B 22-A 23-D 24-C 25-C 26-D 27-A 28-B 29-D 30-B 31-C 32-A 33-A 34-D 35-C 36-B 37-B 38-C 39-A 40-D

A variantı çoxdursa...

Eşq münasibətlərində uşaq kimi davranırsınız. Eynilə uşaqlar kimi, ancaq özünüzü düşünür, qarşı tərəfi fikirləşmirsiniz. Onu sevgili kimi yox, oyun dostu kimi görürsünüz. Uşaqlar kimi siz də hər şeydən tez sıxılır, bezirsiniz. İlk günlərin həyəcanı bitən kimi ayrılmaq haqqında düşünürsünüz. Empatiya qurmağı bacarmırsınız. Həmişə haqlı tərəf olmaq istəyirsiniz. Partnyorunuzun arzu və istəklərini nəzərə almırsınız.

B variantı çoxdursa...

Siz yetkinlik yaşına çatmamış insanlar kimi davranırsınız. Ehtiras gözünüzü kor edib. Daim yeni təcrübələr axtarışındasınız. Zövq alacağınızı bildiyiniz heç nəyə "yox" demirsiniz. Ona görə də, münasinbətləriniz uzunmüddətli olmur. Eşq mövzusunda qərarsızsınız, bu gün sevdiyinizi sandığınız insana sabah nifrət edə bilərsiniz.

C varinatı çoxdursa...

Siz yetkin, nə istədiyini bilən insansınız. Eşqin romantik romanlarda yazılanlarla əlaqəsi olmadığını bilirsiniz. Reallıqla barışmısınız. Partnyorunuzu dinləyir, onun arzu və istəklərini nəzərə alırsınız. "Mən" yox, "biz" deməyin tərəfdarısınız. Siz eşqin gətirdiyi mənfi nüansları da ən az müsbət tərəfləri qədər sevir və onlarla üzləşməkdən çəkinmirsiniz. Sizin kimi insanların eşq həyatı, adətən, uğurlu olur.

D variantı çoxdursa...

Siz eşq mövzusunda ustalaşmısınız. Təcrübələriniz instinktlərinizin və hisslərinizin önünə keçir. Ona görə də ani qərarlar almır, hər hərəkətinizi ölçüb-biçirsiniz. Sizin üçün partnyorunuza dəstək olmaq, onun işlərini asanlaşdırmaq, ona yol göstərmək, onun ağlını başından almaqdan daha önəmlidir. Sevdiyiniz və hörmət etdiyiniz insanla yaşlanmaq sizin üçün önəmlidir. Ancaq təəssüf ki, həyat çox ədalətsizdir. Sizin kimi ancaq qarşı tərəfi düşünən insanlardan tez sıxılıb ayrılırlar. Odur ki, özünüzü ikinci plana atmayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm