2 yaşlı uşaq bağçaya heroin gətirdi
Bizi izləyin

Bilgi.az

2 yaşlı uşaq bağçaya heroin gətirdi

2 yaşlı uşaq bağçaya heroin gətirdi

Paterson (Nyu-Cersi ştatı) Amerika şəhərində yaşayan 2 yaşlı uşaq bağçaya 50 paket heroin gətirib. Narkotik vasitələri uşağa geyinib soyunmaqda köməklik edən tərbiyəçi tərəfindən aşkar edilib. Heroin tapıldıqdan sonra hadisə yerinə dərhal polis çağırılıb. Bağçanın müdiriyyəti əvvəlcə qorxulu tapıntı haqqında bağçada olan uşaqların valideynlərinə xəbər verməyib. Lakin bağçaya gələn çoxsaylı polis maşınlarını görən valideynlər uşaqlarını götürməyə gələrkən görüb və narahatçılıq hissləri keçirdiblər. Baş verənlərdən xəbər tutduqdan sonra valideynlər həyəcan qaldırıblar.

Rəsmi məlumatlarda bildirilir ki, heç bir uşaq narkotik vasitədən istifadə etməyib. Hadisə ilə bağlı uşağın 27 yaşlı atası həbs edilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm