Təyyarəni alıb uşaq bağçasına çevirdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Təyyarəni alıb uşaq bağçasına çevirdi - FOTOLAR

Gürcüstanın Rustavi şəhərinin sakini Hari Şapidze qeyri-adi ideyasını reallaşdırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, istifadəyə yararsız "YAK-42" təyyarəsində unikal uşaq bağçası yaradıb.

Hazırda balacaların sevimli məkanına çevrilmiş bağça bu yaxınlaradək "Georgian Airways" şirkətinə xidmət edən təyyarə olub.

Yeni bağçanın sahibi hava gəmisini satın alaraq məktəbəqədər tərbiyə müəssisəsinə çevirib. Az sonra onun içinə məşğələ üçün stol, stul, oyuncaqlar yerləşdirib. Uşaqların ən çox maraqlandıqları yer isə təyyarənin yüzlərlə düymə olan kabinəsidir.

Bağçanın içinə eyni vaxtda 15 uşaq yerləşir. Hari Şapidze istifadəyə yararsız təyyarəni uşaq bağçasına çevirmək ideyasının reallaşmasından çox məmnundur. Bununla yanaşı, qeyd edib ki, uşaqların bu qrupda həmyaşıdlarına alışması prosesi bir qədər uzun vaxt aparır. Lakin bağçadakı yüksək əhval-ruhiyyə, qeydi-adi dizayn bir çox psixoloji problemləri aradan qaldırır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm