Bilgi.az
Canavar adamlar və ya dünyanın ən tüklü ailəsi - FOTOLAR
Meksikanın Loreto şəhərində yaşayan ailə və onun doğmaları dünyanın ən tüklü insanlarıdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Aseves nəslinin nümayəndələri anadangəlmə hipertrixoz xəstəliyindən əziyyət çəkir.
Qeyd edək ki, bu cür anormallıq ötən əsrdə də müşahidə olunurdu. Keçən yüzillikdə belə qəbildən olan insanları yarıheyvan və ya qulyabanı adlandırırdılar.
Aseves nəslinin qadın üzvlərinin üzləri, çiyinləri, sinələri qəhvəyi tüklərlə, kişilərin isə bütün bədənləri qara cod tüklərlə örtülüdür.
Nəslin ən çox tanınmış üzvü Xesus Asevesdir. Bir çoxları hesab edir ki, tüklənmə ona ulu nənəsindən irsən keçib. Qeyd edək ki, tüklənmə ilk dəfə məhz həmin qadında aşkarlanıb. Bir zamanlar sirkə çıxan bu insanı "Canavar adam" adlandırırdılar.
Xesus 2010-cu ildə "Dünyanın ən tüklü adamı" titulunu alıb. İndi televiziyada işləyən bu adamın iki qızı var.
Onun bacısı Lili də həmin xəstəlikdən əziyyət çəkir. Bir övladı olan qadın Mexiko polisində çalışır. Bir çoxları hesab edir ki, onlar "meymun qadın" adlandırılmış Yuli Pastrananın törəmələridir.
Qeyd edək ki, Xesus haqqında "Çui – canavar adam" adlı sənədli film çəkilib. Film sentyabrın 25-də ekranlara çıxacaq. O ümid edir ki, filmi izləyənlər bundan sonra tüklü qohumlarından qorxmayacaqlar.
Anar Tağıyev
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!