Dünya gözəli Putindən kömək istədi
Bizi izləyin

Bilgi.az

Dünya gözəli Putindən kömək istədi

"Dünya gözəli-2008" beynəlxalq gözəllik müsabiqəsinin rusiyalı qalibi Kseniya Suxinova Amur pələnginin balasının xilas edilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Publika.az xəbər verir ki, Kseniya Suxinova xahişini "Facebook" səhifəsində yerləşdirib.

Suxinova bildirib ki, "Mir" adlı pələng balası Ukraynadan Rusiyaya keçib. Pələng balası müvəqqəti sığınacaq tapsa da, ona daimi yaşayış yeri tapmaq lazımdır.

"Sizin təşəbbüsünüz ilə Amur pələnglərinin müdafiəsi üzrə fond yaradılıb. İndi öz vətəninə qayıdan bu nadir növün nümayəndələrindən biri köməyə ehtiyac duyur. Bu köməyi ona yalnız siz göstərə bilərsiniz. İnanıram ki, siz ona qayğı göstərə biləcəksiniz", - dünya gözəlinin xahişində deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm