Dünyanın ən gözəl və qeyri-adi məkanları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən gözəl və qeyri-adi məkanları - FOTOLAR

İnsanlar ətrafdakların onları narahat etmələrini sevmirlər. Bu səbəbdən də evlərini hasara alır, divarlar arasına salırlar. Elələri də var ki, hər cür narahatlıqdan, səs-küydən uzaq olmaq üçün əlçatmaz yerləri seçir, meşə və adalara, qalalara üz tuturlar.

Publika.az dünyanın ən qeyri-adi yerlərini, maraqlı, gözəl adalarını təqdim edir:

Sloveniyadakı Bledsk gölündəki (James Southorn/CC BY 2.0) kiçik ada bu qəbildəndir. Adada Mariin kilsəsi mövcuddur.

Almaniyaya getsəniz, Hannoverdəki Vilhelmştayn adasını kənardan da olsa, izləyin. Adadakı qala-muzeyə məftun olacaqsınız.

Xorvatiyadakı Visovaç adası (Marz88/CC BY-NC-SA 2.0) qədimliyi, tarixiliyi ilə seçilir. Burada XVII əsrə aid fransız monastrı hələ də qalmaqdadır.

Yunanıstandakı Pontikonisi (Ava Babili/CC BY-NC-ND 2.0) qədim tarixə malik ölkənin füsunkar məkanlarındandır. Adada Vlaxern monastrı tarixilik və gözəlliyin sintezidir.

Litvadakı Halve adası da (Vaidotas Mišeikis/CC BY-NC-ND 2.0) görmədiyiniz qeyri-adi, gözəl məkanlardan biridir. Buradakı Trakaysk qalası kisik torpağa xüsusi gözəllik bəxş edir.

Benedikt abbatlığını isə Çernoqoriyada ziyarət etmək olar. Müqəddəs Georgi adası (Diego Delso) çox az adamın gördüyü gözəllik məkanıdır.

Bu ölkənin digər kiçik adası "Qospa od Şkrpela"dır. Adada "Allahın anası" kilsəsi yerləşir.

Honduras, Donbar adası (PilotGirl/CC BY-NC-SA 2.0) əsl turist məkanıdır. Lakin ora getmək mümkün deyil: bu kiçik adada özəl malikanə yerləşir.

Mon-Sen-Mişel Fransadadır. Onu Nicolas Raymond/CC BY 2.0 da adlandırırlar. Nə qədər təəccüblü olsa da, burada həm şəhər, həm də abbatlıq mövcuddur.

İslandiyadakı (Diego Delso) ada isə yuxarıda adlarını sadaladıqlarımızdan fərqlənir. Byarnarey adasındakı nə villadır, nə şəhər, nə də kilsə. Burada ovçular üçün kiçik ev yerləşir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm