Bilgi.az
1 saat 53 dəqiqə buzun içində qalır – FOTOLAR/VİDEO
Əslən Hollandiyadan olan 56 yaşlı Vim Hof qeyri-adi bacarığı ilə hər kəsi heyrətləndirir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bütün dünyada "Buz adam" ləqəbi ilə tanınan bu şəxsin orqanizmi mənfi temperatura dözümlülüyü ilə onu məşhur edib. 1959-cu ilin 20 aprelində Hollandiyanın Limburq əyalətində dünyaya gəlmiş Vim Hof 9 dünya rekorduna imza atıb.
O, 1 saat 53 dəqiqə buzun altında qalaraq Ginnesin "Rekordlar" kitabına düşüb. Donmuş göldə 73 dəqiqə buzun içində dayanmağı bacaran "Buz adam" indi bütün Avropada məşhur şəxslərdən biridir.
O, qeyri-adi orqanizminin soyuğa davamlılığını ilk dəfə 17 yaşında sınaqdan keçirib. Mütəxəssislər onun orqanizminin qeyri-adi xüsusiyyətlərə malik olduğunu desələr də, "Buz adam" bununla razılaşmır. Bildirir ki, 73 dəqiqə suyun altında qalmağa sutkaboyu davam edən məşqlərlə nail olub. Bədəninin buza davamlılığı gərgin əməyin nəticəsidir.
Vim Hof buzlu suda 73 dəqiqə qalmaq rekordu ilə də razılaşmır. O, məşqlərini davam etdirərək daha böyük rekorda imza atmağa çalışır. Artıq iyirmi ildən çoxdur Vim Hof gərgin məşqləri davam etdirir.
Anar Tağıyev
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət