Zorlanmış kişilər üçün klinika açıldı
Bizi izləyin

Bilgi.az

Zorlanmış kişilər üçün klinika açıldı

İsveç hökuməti cinsi təcavüzə məruz qalan kişilər üçün xəstəxana açıb. Bu, dünyada ilk təcrübədir.

Publika.az xəbər verir ki, Stokholm şəhərində açılan xəstəxananın açılışında İsveçin Liberal, Xristian-Demokrat və Mərkəz partiyalarının nümayəndələri də iştirak edib.

Xəstəxanaya müraciət edənlərə pulsuz xidmət göstəriləcək.

Liberal Partiyasının mətbuat katibi Rasmus Yunland belə bir xəstəxananın açılmasından məmnun olduğunu bildirib:

"Zorlanmış qadınlar üçün belə bir xəstəxana vardı. Kişilər üçün də açılmasına görə çox xoşbəxtik. Bu həm İsveçdə, həm də dünyada bir ilkdir".

Qeyd edək ki, ötən il ərzində İsveçdə kişilərə və azyaşlı oğlanlara qarşı 370 seksual zorakılıq aktı qeydə alınıb. Ümumiyyətlə isə, Avropada ən çox seksual zorakılıq İsveç ərazisində qeydə alınıb. Bununla əlaqədar hətta siyasi müstəvidə debatlar da aparılıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm