Bakıda restoranda yeni “qayda” - Yeməyi 4 dəqiqəyə yeməsəniz... - VİDEO
Bizi izləyin

Bilgi.az

Bakıda restoranda yeni “qayda” - Yeməyi 4 dəqiqəyə yeməsəniz... - VİDEO

Bu restorandakı qaydalar müştəriləri şoka saldı. Region TV-də yayımlanan "Çəkən var" verilişi yenə bir-birindən məzəli və maraqlı sujetləri ilə tamaşaçıları sevindirib.

Sujetlərin birində, ssenariyə əsasən, restorandakı ofisiant (verilişin aktyoru) gələn müştərini gülərüzlə qarşılayıb, sifariş götürür. Ardınca sifarişi təqdim edən ofisiant müştəriyə yeməyi 4 dəqiqə ərzində yeyib bitirməli olduğunu söyləyir, əks təqdirdə yeməyin müştərinin əlindən alınacağını bildirir.

Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz müştərilər isə şok keçirmiş halda nə baş verdiyini anlamağa çalışır, hər şey aydınlaşdıqdan sonra isə təbəssümlərini gizlədə bilmirlər.

Həmin maraqlı sujeti sizə təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm