Alimlər “sintetik mal əti”ndən kotlet hazırlayıblar
Bizi izləyin

Bilgi.az

Alimlər “sintetik mal əti”ndən kotlet hazırlayıblar

Hollandiyanın Maastrixt Universitetinin alimləri eksperiment çərçivəsində "sintetik mal ətindən" kotlet hazırlayıblar. "Sınaq şüşəsində"n çıxmış ət mağazalarda çox tezliklə görünəcək.

AZƏRTAC Medvesti.com saytına istinadla xəbər verir ki, indi qidanın hazırlanması texnologiyaları sınaqdan keçirilir.

Süni ət hazırlanmasına dair ilk təcrübə iki il əvvəl aparılıb. İndi alimlər süni ət almağın daha əlyetər yollarını axtarırlar. Ətin dad keyfiyyəti üzərində də iş aparılır.

Qeyd edək ki, istehsal çox baha başa gəlib. Bir tikə ətin hazırlanması üçün 300 mindən çox avro xərclənib.

Niderland alimləri güman edirlər ki, ilk münasib qiymətli süni ət supermarketlərin piştaxtalarında təxminən beş ildən sonra görünəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm