Bələdiyyə sədrinin vəkili tonqaldan tullana bilmədi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bələdiyyə sədrinin vəkili tonqaldan tullana bilmədi - FOTOLAR

Türkiyədə təşkil edilən Novruz şənliklərindən birində maraqlı bir hadisə baş verib. Türkiyənin Uşak şəhərində təşkil edilən rəsmi mərasimdə protokol üzvləri Novruz tonqalının üzərindən tullanıblar. Uşak Bələdiyyə başçısının vəkili Nejat Çolak da tonqaldan tullanmaq istəyib. Lakin o tarazlığını itirərək yerə düşüb. Çolakı yerdən mühafizəçilər qaldırıb.

Daha sonra protokol üzvləri yumurta döyüşdürüblər.

Novruz şənliyində xalq oyunları sərgilənib. Böyük marağa səbəb olan yığıncağda əylənən sakinlər tonqal üzərindən tullanaraq baharın gəlişini qeyd ediblər.

Yığıncaqda bir sıra rəsmi şəxslər, rəqqaslar, keçəl və kosa da iştirak edib./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm