Bilgi.az
Qəhvə beynin strukturunu dəyişir
Stenford Universitetinin bir qrup alimi yeni tədqiqat zamanı beynin indiyə qədər məlum olmayan maraqlı xüsusiyyətini üzə çıxarıb. Məlum olub ki, qəhvə baş beyində neyronlararası əlaqələrə qeyri-adi təsir göstərir.
Ekspertlər tədqiqat çərçivəsində daim qəhvə içən adamların baş beyninin fəaliyyətini 18 ay ərzində MRT-nin köməyi ilə müşahidə ediblər. Bu metod beynin müxtəlif şöbələri arasındakı əlaqələrdə qəhvə içilməsi ilə bağlı dəyişiklikləri aşkar etməyə kömək edib. Tədqiqatların nəticələrini təhlili edən alimlər müəyyən ediblər ki, orqanizmdə kofeinin konsentrasiyası az olduqda, baş beynin motor və somatosensor şəbəkəsi arasında əlaqə yetərincə güclü, kofeinin konsentrasiyası çox yüksək olduqda zəiflədir.
Mütəxəssislər qeyd edirlər ki, xarici qıcıqlandırıcıların xassələrinin müəyyən olunmasına somatosensor zona nəzarət edir. Bu, insana ağrını, temperaturu hiss etmək və cavab reaksiyası vermək imkanı verir. Əzələlərin yığılmasına beynin motor şəbəkəsi nəzarət edir. Bu da müxtəlif incə hərəkətlər etməyə, məsələn, yazı yazmağa, danışmağa, pianoda çalmağa və s. imkan verir.
Alimlər baş beyindəki əlaqələr ilə kofein arasındakı korrelyasiyanın müsbət və ya mənfi olduğunu əminlik hissi ilə deyə bilmirlər. Onlar yaxın vaxtlarda bu problemi nevrolojı, habelə beynin müxtəlif şöbələri arasındakı əlaqələrin pozulmasından əziyyət çəkən pasiyentlərdə öyrənməyi planlaşdırırlar.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK