Süni dırnaq nəticəsində barmağını kəsdilər - FOTO
Bizi izləyin

Bilgi.az

Süni dırnaq nəticəsində barmağını kəsdilər - FOTO

Böyük Britaniya əsilli 17 yaşlı yeniyetmə Sara Qrinveyin süni dırnaq üçün istifadə olun yapışqandan istifadə etməsi barmağının yarısının itkisinə səbəb olub.

Böyük Britaniya əsilli 17 yaşlı yeniyetmə Sara Qrinveyin süni dırnaq üçün istifadə olun yapışqandan istifadə etməsi barmağının yarısının itkisinə səbəb olub.

Dəhşətli ağrılarla xəstəxanaya çatdırılan Sara süni dırnaq yapışdırıcısından sonra barmağında çürümə və irinlə qarşılaşıb. Yeniyetmə sağ əlinin şəhadət barmağının yaşıl rəngə çevrilməsindən heyrətə gəlib.

Həkimlər qızın əlini xilas etmək üçün barmağın baş hissəsini kəsib götürməli olub. əllərinin gözəl görünməsi üçün yeniyetmə süni dırnaq qoyduqdan sonra barmağındakı küt ağrılar onları çıxartmağa vadar edib.

Dəri və gözəllik üzrə kosmetoloq bildirir ki, dırnağa yapışqan vurmamışdan əvvəl dırnaq sulu və ya çirkli olarsa o zaman infeksiya düşmə ehtimalı çoxalır. Həmçinin qeyd olunur ki, süni dırnaqdan istifadə edərkən dırnaqlar əvvəlcə təmizlənməli və yağlanmalıdır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm