Azərbaycanlı alimdən yeni 9 sort qızılgül
Bizi izləyin

Bilgi.az

Azərbaycanlı alimdən yeni 9 sort qızılgül

Tədqiqatlar 2006-cı ildən başlayıb.

Tədqiqatlar 2006-cı ildən başlayıb.

Azərbaycanda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün 9 yeni sortu əldə edilib.

Uzunmüddətli tədqiqatlardan sonra həmin sortları yaratmağa nail olan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov bildirib ki, bu sahədə tədqiqatlar aparmağa 2006-cı ildən başlayıb və bu yaxınlarda yeni qızılgül sortlarının əldə edilməsi ilə bağlı müsbət nəticələrə nail olub.

Xarici ölkələrin qızılgül sortlarının tozlandırılması nəticəsində əldə edilən yeni sortlar “Sənsiz” (Üzeyir Hacıbəyovun “Sənsiz” romanının adına verilib), “Nizami Gəncəvi”, “Odlar Yurdu”, “Şərqin səhəri”, “Abşeron simfoniyası”, “Qara gilə”, “Köhnə Bakı” (qədim qızılgül sortlarına oxşayır), “Sarı köynək” və “Ulduzlu Xəzər” adlanır.

Bu bitkilərin yarpaqları, ləçəkləri və tikanları onların çarpaz olunduğu güllərdən tamamilə fərqlənir. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm