İtmiş təyyarə ilə bağlı dəhşətli faktlar var - FOTOLAR
Bizi izləyin

Bilgi.az

İtmiş təyyarə ilə bağlı dəhşətli faktlar var - FOTOLAR

Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin yoxa çıxmış "Boeing 77-200 ER" sərnişin təyyarəsi ilə bağlı yeni iddialar səslənib. Həmin iddialara görə, təyyarəni pilot bilərəkdən qəzaya uğradıb.


Milli.Az The Telegraph-a istinadən bildirir ki, mütəxəssislər təyyarənin izlənməsi sistemini sıradan çıxara biləcək və ya laynerin kursunu dəyişəcək yanğının, yaxud nasazlığın olmadığını deyirlər.


Əksinə, təyyarə radarlardan itəndən sonra rasional hərəkət edib. Yəni layneri bütün əməllərinə cavabdeh olan insan idarə edib.


Təyyarənin kapitanı Zahir Əhməd Şah uçuşdan bir qədər əvvəl nömrəsi başqa insanın adına qeydə alınmış şəxslə telefonla danışıb.


Bundan başqa, təyyarəyə saxta sənədlərlə iki sərnişinin mindiyi də vurğulanır.

"Təyyarə ilə bağlı dəhşətli təfərrüatlar var. Onları açıqlaya bilmərəm. Rəsmi bəyanat olmalıdır. Yalnız onu deyə bilərəm ki, itmiş avialaynerlə bağlı çox maraqlı faktlar üzə çıxıb", - adının çəkilməsini istəməyən mənbə The New Zeeland Herald-a bildirib.


Təyyarənin ikinci pilotu, 27 yaşlı Fariq Həmidlə bağlı da bir sıra müəmmaların olduğu deyilir. Belə ki, Fariq Həmidin Malayziyadakı radikal islamçı qruplaşmalardan biri ilə sıx əlaqələr saxladığı vurğulanır.


O, uçuşdan əvvəl guya "dost"larından birinə yazıb: "Sizlərə hədiyyəm olacaq. Gözləyin, çox maraqlı uçuşdan xəbər tutacaqsınız".


Martın 8-də Kuala-Lumpurdakı beynəlxalq hava limanından göyə qalxaraq MH370 reysi ilə Pekinə uçan Boeing 777–200 ER təyyarəsi iki saat sonra yoxa çıxıb.

Təyyarədə 227 sərnişin və 12 heyət üzvü vardı.

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) mütəxəssislərinin dediklərinə görə, laynerin kapitanı Zahir Əhməd Şah depressiyada olub. Uçuşdan bir neçə gün əvvəl onu arvadı Faizə Xanum Mustafa Xan tərk edib və iki övladını da özü ilə aparıb.

Şahın dostlarının dediklərinə görə, pilot bu uçuşu son avantüra sayıb: "Onun təyyarəni bilərəkdən okeana saldığı istisna olunmur. Bunu nə sərnişinlər, nə də heyət üzvləri bilə bilməzdilər".

Təyyarə okeana düşməzdən əvvəlki 12 dəqiqədə laynerdə oksigenin bitdiyi və sərnişinlərin huşlarını itirdikləri də vurğulanır.

"Malaysia Airlines"in baş direktoru Əhməd Cauhari Yəhyanın dediyinə görə, təyyarə Hind okeanının cənubunda, Avstraliyanın qərb sahillərindən 2500 km aralıda suya düşüb.

Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsindən verilən məlumata görə, dünən okeanda tufan və qasırğa olduğundan dayandırılmış axtarışlar bərpa olunub. Axtarışlarda 7 hərbi və 5 mülki təyyarə də iştirak edir.

Axtarış zonası ilkin olaraq 23 min kvadrat kilometr idisə, indi həmin bölgə 80 min kvadrat kilometrə qədər artırılıb.

Avstraliya Hərbi-Dəniz Qüvvələrinin "Sucess" gəmisi və Çinin "Syuelun" buzqıran gəmisi də axtarışlara qatılıb.

Malayziyanın Pekindəki səfirliyinin binasının qarşısında isə etiraz aksiyası keçirilib. Təyyarə sərnişinlərinin onlarla qohumu və ailə üzvləri Malayziyanın hakimiyyət dairələrini suçlayıblar, "Malayziya hökuməti qatildir!" qışqırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm