Tonqalda yanan qız gözəllik müsabiqəsinə qatılır - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Tonqalda yanan qız gözəllik müsabiqəsinə qatılır - FOTOLAR

18 yaşlı Lüsi Morqan ağır yanıq xəsarətləri alsa da, gözəllik müsabiqəsinə qatılmaq fikrindən vaz keçməyib.


İngiltərənin Şimali Yorkşir qraflığındakı Harroqeyt şəhərinin sakini olan Lüsi "Miss Leeds" gözəllik müsabiqəsinə qatılmağı düşünürdü.


Lakin onun planları alt-üst olub. İki həftə əvvəl o, rəfiqələri və dostları ilə şəhər kənarında uikend partisində olarkən tonqalın ətrafında oturmuşdular. Qəflətən tonqal partlayıb.


Sonradan məlum olub ki, partlayışın səbəbi tonqala içində yandırıcı maddə olan qabın düşməsi idi.

Tonqalın kənarında oturmuş Lüsi Morqan partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı.


Onun dərisinin 25 faizi yanmışdı.


Lüsi hələ də xəstəxanadadır, onun müalicəsi davam edir. Bədəninə dəri transplantasiyası ilə bağlı 3 əməliyyat keçirib, bədəni bint və sarıqlardadır.


"Çox ağrıyıram, amma fikrimdə qətiyəm. Sarıqlı, bintli olsam da, gözəllik müsabiqəsinə qatılacağam. Orada mütləq iştirak edəcəyəm", - Lüsi deyib./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm