Mərcə girdi, çəngəl uddu - Foto
Bizi izləyin

Bilgi.az

Mərcə girdi, çəngəl uddu - Foto

Mərcə girdi, çəngəl uddu - Foto

Rumıniyada Bakeu şəhərinin sakini içki məclisi zamanı dostu ilə mərcə girərək çəngəli udduqdan sonra xəstəxanaya çatdırılıb. O, mübahisə zamanı çəngəli orqanizmə heç bir zərər gətirmədən uda biləcəyini sübuta yetirmək istəyib. Lakin 25 yaşlı Radu Kalinçesku çəngəli “yedikdən” sonra özünü pis hiss etməyə başlayıb.

Qeyd olunur ki, xəstəxanaya gedən gənc çəngəli udmasını deməyib, sadəcə, qida borusunda ağrı olmasını bildirib. Həkimlər yalnız rentgen müayinəsindən sonra kişinin bədənində yad cismin olduğunu aşkarlayıb.

Xəbər verilir ki, həkimlər Kalinçeskunu əməliyyat etməyiblər və çəngəlin orqanizimdən özü çıxması üçün evə yollayıblar. Əgər bir neçə gündən sonra çəngəl mədəyə çatıb zədələsə, o zaman əməliyyata əl atacaqlar.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm