İnanılmaz: 27 yaşında baba oldu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

İnanılmaz: 27 yaşında baba oldu - FOTOLAR

Buna inanmaq çətin olsa da, gerçəkdir. Həbsxanada cəza çəkən 27 yaşlı məhbus baba olub.

Onun 13 yaşlı qızı yaşıdı olan oğlandan hamilə qalıb və övladını dünyaya gətirib.


Milli.Az The Sun-a istinadən bildirir ki, 13 yaşlı qız ultrasəs müayinəsində bətnindəki uşağın fotosunu Facebook-da paylaşıb.

27 yaşlı ata qızının hamilə olduğundan da Facebook-dan xəbər tutub və qızına "Abort etdir, o uşaqdan qurtul" yazıb.

Lakin qız atasına qulaq asmayıb və doğub.


Adam bıçaqladığına görə həbs olunmuş 27 yaşlı qatilin nəvəsi və qızı Liverpulda yaşayırlar.

Məhbusun 28 yaşlı xanımı şəhərin yoxsullar yaşayan səmtində, bələdiyyə binasındakı mənzildə ömür sürür.


Nəvəsinin doğulduğu barədə xəbəri həbsxanada almış məhbusun 47 yaşlı anası deyir: "Nəvəmin oğlunun olduğunu eşidəndə həm hirsləndim, həm də sevindim. Çünki 13 yaşlı nəvəmin hamilə qalması və doğması, təbii ki, yolverilməz məsələdir. Amma nəvəmin uşağının dünyaya gəlməsi, nəticəmin olması məni sevindirdi".


27 yaşlı baba dükanı qarət edərkən ona mane olmağa çalışan adamı bıçaqladığına görə həbs olunmuş, 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, ötən il azadlığa çıxmalı idi. Lakin həbsxanadan qaçmağa çalışdığı üçün həbs müddəti bir il də uzadılıb.

İndiyədək ən gənc baba 29 yaşlı Şem Devis sayılırdı. Cənubi Uelsdəki Bricend şəhərinin sakini olan Devisin qızı 14 yaşda ana olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm