Meymunlar insanlara bənzəməyə çalışır - FOTO
Bizi izləyin

Bilgi.az

Meymunlar insanlara bənzəməyə çalışır - FOTO

Meymunlar arasında çox şüurlu primatlar var və onlar insanların hərəkətlərini kor-koranə təkrarlamaqla yanaşı, şüurlu "beyin axtarışları"na da çıxırlar. Məsələn, Tailanddakı makakalar insanlardan oğurladıqları diş saplarından istifadə edərək dişlərini təmizləyirlər.


"Kanzi" adlı bonobo meymunu isə zefiri bişirmək üçün kibritdən yararlanaraq ocaq qalayır, zefiri uzun budağın ucuna taxır, oda tutur, bişirir və yeyir. İndoneziyada isə qayıq sürməyi və balıq tutmağı bacaran oranqutanq meymunu var.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın BBC1 telekanalında nümayişi başlanmış 3 seriyalı "Monkey Planet" proqramında belə ağıllı meymunlardan bəhs olunur.


Proqramın aparıcısı, məşhur zooloq Corc MakQevinin dediyinə görə, memyunlar icma halında da yaşaya bilirlər.


"Efiopiyadakı hamadrya babuinlərində sərt iyerarxiya var. Sürünün başçısı olan erkək meymun hətta "nişan", "toy" və "dəfn" mərasimlərini də həyata keçirir. Peruda imperator oyuncaqları adlanan meymunlar balalarına baxmaq üçün dayələr ayırırlar. Biz də meymunların insanlara bənzəyən yönlərindən bəhs edirik", - C.MakQevin söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm