Uşaqları oyuncaqları ilə çəkən fotoqraf - Fotolar
Bizi izləyin

Bilgi.az

Uşaqları oyuncaqları ilə çəkən fotoqraf - Fotolar

Dünya uşaqların gözü ilə - Foto

İtalyan fotoqrafçısı Qabriel Qalimbertias 1 il ərzində 50 ölkədə olaraq şəkillər çəkib. Onun çəkib topladığı şəkillər dünyanın müxtəlif yerlərində oynanılan oyuncaqları nümayiş etdirən “Oyuncaq Hekayələri” adlı kitabda toplanılıb.

Texasdan Hindistanadək, Malavidən Çinədək gəzən fotoqrafın çəkdiyi şəkillərdə çox maraqlı oyuncaqlar sərgilənib. Uşaqların düşdüyü ailə, ölkə, maddi imkandan asılı olaraq, oyuncaqların növləri də dəyişir.

Məsələn, İsveçdən olan 3 yaşlı Tira gəlinciyinin nahar stolu qaşısında şəklini çəkdirib. Halbuki, Malavidən olan 4 yaşlı Çivanın iki yumşaq ayı balası və dinozavr oyuncağı var.

Maraqlı şəkillərdən biri də Kiyevdə yaşayan Pavelin oyuncaqları olub. Onun oyuncaq dəsti plastik silah və polis dəbilqəsindən ibarətdir.

Zambiyadan olan Maudinin oyuncaq kolleksiyası cürbəcür rəngli eynəklərdən ibarətdir. Livandan olan 4 yaşlı Tahanın isə yalnız bir maşın oyuncağı var. O, ailəsi ilə qaçqın düşərgəsində yaşayır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm