8 yaşlı möcüzə: "Bu qız ən ağır xəstəlikləri sağaldır" - VİDEO, FOTO
Bizi izləyin

Bilgi.az

8 yaşlı möcüzə: "Bu qız ən ağır xəstəlikləri sağaldır" - VİDEO, FOTO

Yüz minlərlə insan bu qızın xilaskar, möcüzələr yaradan insan olduğuna sidq-ürəkdən inanırlar. Onların fikrincə, bu balaca qız Tanrının sevimli bəndəsidir.


8 yaşlı Alani Santos xəstələrin yanında durur, dua edir, sonra onlara xəfifcə toxunur. Sonra həmin xəstələrin dediklərinə görə, ən ağır xəstəlikləri müalicə olunur və onlar şəfa tapırlar.


Braziliyanın Rio-de-Janeyro şəhərinin həndəvərində, San Qonsalos favelasında yaşayan Alani Santos xəstələri atası Adauto Santosun keşiş olduğu yevangelist kilsəsində müalicə edir.


Favela Braziliyada yoxsulların yaşadıqları "gecəqondu"lardan ibarət məhəllələrdir.

Keşiş Adauto Santosun dediyinə görə, qızı Tanrının yardımı ilə artrit, xərçəng, hətta QİÇS xəstəliklərini də müalicə edir.

Xəfif toxunuşla...


"Yanımıza bir qoca qarı gəlmişdi. İflic idi, əlil arabasından dura bilmirdi. Qızım ona yaxınlaşdı, əlini simasına çəkdi. Qadın ayağa durub yeridi. Yadımdadır, maşın qaçırmaqda mahir olan bir oğru gəlmişdi. Xərçəng xəstəsi idi. Qızım ona "Sağalacaqsan!" dedi və həmin adam getdi. Üç gün sonra qayıtdı, qızımın qarşısında diz çökdü, ağladı, "Sağaldım, oğurluğun daşını atıram!" dedi", - 44 yaşlı A.Santos söyləyib.


Onun sözlərinə görə, həftədə iki dəfə kilsədə qəbul olunur və Braziliyanın hər yerindən gələn yüzlərlə, minlərlə insan Alani Santosa toxunmağa çalışır, ondan şəfa diləyir.


Alaninin sözlərinə görə, 6 yaşından bəri insanları sağaltmaqla məşğuldur.


"Bunu çox sevirəm. Böyüyəndə həkim olmaq, insanlara yardım etmək istəyirəm. Xəstələrə, məndən yardım istəyən insanlara kömək edəndə sevinirəm. Hiss edirəm ki, mən sadəcə, vasitəçiyəm. Onları xilas edən Tanrıdır, İsa Məsihdir", - Alani Santos söyləyib. Alani Santosun saytı yaradılıb, DVD diskləri və plakatları satılır.

Əhalisinin tam əksəriyyəti katoliklər olan Braziliyada yevangelist kilsədə insanları "müalicə" edən Alani Santosun fenomenal populyarlığı yevangelizmin də tərəfdarlarının artmasına səbəb olub./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm