Bu göydələni yoxsullar ələ keçirdilər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu göydələni yoxsullar ələ keçirdilər - FOTOLAR

ABŞ-ın ən populyar teleseriallarından biri "Homeland"ın 3-cü seriyasının çəkilişlərində istifadə olunan göydələn var.

Venesuelanın paytaxtı Karakasda, Avila dağının yamacında yerləşən "Tower of David" (David qülləsi) dünyada yoxsullar və evsizlər tərəfindən tam "işğal" olunmuş yeganə göydələndir.


45 mərtəbəli bu binanın inşası başa çatmasa da, "skvatter"lər, yəni tikilməmiş binaları və ya köhnə evləri ələ keçirərək orada yaşayan insanlar bu tikilidə məskunlaşıblar.


Venesuela paytaxtında yeni maliyyə-biznes mərkəzi qismində inşası başlanan, amma 1994-cü ildə tikintisi dayandırılan bina 2007-ci ildən bəri skvatterlərin məkanıdır.

Binada indi təqribən 3 min nəfər yaşayır.


Helikopter meydansası da olan, amma 20 il əvvəl "atılan" binada evsizlər məskunlaşmağa başlayanda həmin dövrdə Venesuela prezidenti olmuş Uqo Çaves bu prosesə göz yummuşdu.


İndi bina bütünlüklə skvatterlərin əlindədir. Onun sakinləri özlərini "Çavista" adlandırırlar.

"Uqo Çaves bizim üçün hələ də sağdır. Bu binada məskunlaşanda o, bir göstərişi ilə bizi qovdura bilərdi. Amma qovmadı. Uqo Çaves bununla bizə başa saldı ki, insanlar planetin istənilən yerində yaşaya bilərlər", - binanın sakinlərindən biri, 38 yaşlı rejissor Nikolas Alvares deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm