Hamilə olduğunu doğuş vaxtı bilib - Foto
Bizi izləyin

Bilgi.az

Hamilə olduğunu doğuş vaxtı bilib - Foto

20 yaşlı tələbə xəstəxanaya belindəki ağrılara görə müraciət edərkən həkimlər ona ağrıkəsici verib evə yola salıblar. Bir neçə saatdan sonra qız xəstəxanaya qayıdaraq uşaq dünyaya gətirib. 20 yaşlı Sofi Oldirc asudə vaxtlarını digər tələbələr kimi keçirirmiş, gecə əyləncələrinə gedir və spirtli içkilər içirdi.

Qız bir neçə ay əvvəl belində ağrılardan əziyyət çəkməyə başlayıb. Həkimlər isə bu ağrıya qarşı yalnız dərman verərək qızı yola salıblar. Lakin bir neçə saatdan sonra qızın vəziyyəti o dərəcədə pisləşib ki, anası təcili tibbi yardım çağıraraq onu geriyə, xəstəxanaya aparıb. O, xəstəxanaya çatarkən artıq onda doğuş başlanmışdı.

Maraqlısı ondan ibarətdir ki, qız bu müddət ərzində hamilə olduğunu bilməyib. O, qeyd edir ki, 9 ay içərisində onun bədən ölçüləri heç dəyişməyib və heç bir simptom hiss etməyib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm