Yəhudi ilə müsəlman evlənərsə... - FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Yəhudi ilə müsəlman evlənərsə... - FOTOLAR/VİDEO

"Axmağa baxın!", "Terrorçu!, "Rədd ol buradan!" - bu sözlər yəhdui məhəlləsində deyildi.

Müsəlman məhəlləsində isə söyləndi: "Bunlara baxın, axmaqlar!", "Çıxın gedin buradan!"
Amerikalı, YouTube bloqeri Kərim Sadiqvə dostları Nyu-Yorkda sosial eksperiment keçiriblər. YouTube-dakı məşhur "AreWeFamousNow" kanalının mənsubları yəhudi kişi və müsəlman qadın, bir də yəhudi qadın və müsəlman kişinin "evlilik" eksperimentinə Nyu-Yorkda yaşayan mühafizəkar müsəlmanlarla yəhudilərin reaksiyasını öyrənməyə çalışıblar.

"Muslim/Jewish marriage experiment" zamanı müsəlman qadın və yəhudi kişi yəhudilərin, yəhudi qadın və müsəlman kişi isə müsəlmanların kompakt yaşadıqları məhəllələrdən keçiblər.
Sonra eksperiment iştirakçıları yerlərini dəyişiblər.

"Buklindəki eksperiment zamanı bizi hədələyən, təhdid edənlər çox oldu. Hətta bir yəhudi üstümüzə su butulkasını tolazladı, digəri isə tam 25 dəqiqə yanımızda yeriyib fotolarımızı və videolarımızı çəkdi. Əksəriyyət bizi pislədi. Amma təqdir edənlər, dəstək verənlər də az deyildilər. Düşünürük ki, məhz tolerant, sivil insanların sayəsində müsəlmanlarla yəhudilər arasındakı qarşıdurmalara son qoyula bilər", - Kərim Sadiq deyib. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm