Ağıllı qadınla evlənən kişi daha çox yaşayır
Bizi izləyin

Bilgi.az

Ağıllı qadınla evlənən kişi daha çox yaşayır

Avropa Tibb İnstitutunun rektoru, həkim Dimitris Tsoukalas ağıllı qadınla evlənən kişilərin daha çox və sağlam yaşadığını deyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmada ağıllı qadınların sağlam həyat tərzi sürdüyü, dolayısı ilə bu mövzuda həyat yoldaşına da təsir göstərdiyi məlum olub.

Aparılan araşdırmaların nəticələrinə görə, ağıllı qadınlarla evlənən kişilər daha uzunömürlü olur. Professorun sözlərinə görə, bir insanın həyat yoldaşını itirməsi yaşaya biləcəyi ən böyük stressdir. Bu da həyat keyfiyyətini azaldır. Ağıllı qadınla evlənən kişilərinsə ömrü uzanır. Çünki bu qadınlar yoldaşının sağlam qidalanmasına ciddi nəzarət edir, onun nizamlı həyat yaşamasında mühüm rol oynayır və onlar üçün yaxşı həyat şəraiti yaradır".

Dimitris Tsoukalas uzunömürlü olmağın sirlərindən də danışıb: " Bunun üçün yaxşı yatmalı, bol su içməli, sağlam qidalanmalı, pəhriz saxlamalı və məşq etməliyik. Bunlar insandan insana dəyişə bilər. Hazır və yarımfabrikat qidaların, eləcə də şəkər istehlakını azaltmaq lazımdır. Spirt və siqaret kimi zərərli məhsullardan uzaq durmalıyıq. Bədənin D vitamininə ehtiyacı var. Onun ən yaxşı qaynağı günəşdir. Küçələrə çıxıb gəzməli və hərəkət etməliyik".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm