Çində dəhşətli it kəsmə festivalına hazırlıq başlayır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Çində dəhşətli it kəsmə festivalına hazırlıq başlayır – FOTOLAR

Çinin cənubi-qərbində 2000-ci ildən bəri hər il iyunun 22-də təşkil olunan it kəsmə festivalına hazırlıq işlərinə başlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Guangxi əyalətində təşkil olunan bu festivalda təqribən 10 mindən çox it kəsiləcək.

Artıq festivala qarşı böyük kampaniya da başlayıb. Belə ki, dünyada heyvan haqlarının müdafiəsi ilə məşğul olan bir qrup fəal və təşkilatlar Çində hər il dövlətin də dəstək verdiyi bu festivalı pisləyən bəyanat yayıblar.

Eyni zamanda, heyvanların hüquqlarını müdafiə edən fəallar çox sayda itləri ölümdən qurtarmaq üçün pulyığma kampaniyası başladaraq, onlarla iti satın alıblar.

Bunların arasında təqaüdçü müəllim Yang Xiaoyun da var. O, 100 iti ölümdən qurtarmaq üçün təqribən 7 min yuan, yəni 1100 dollar pul ödəyib.

O deyib ki, hər il itlərin kütləvi şəkildə kəsilməsi əslində Çində ətə olan tələbatı ödəmək məqsədi daşıyır.

Aktivistlər isə Çində itlərin bu şəkildə kütləvi ölümünü pisləyiblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm