Səmadan meteoritlə düşən adam - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Səmadan meteoritlə düşən adam - FOTOLAR

O, səmada meteoritin düşməsini aşağıdan yuxarı yox, yuxarıdan aşağı baxaraq seyr edən ilk insan sayıla bilər.

Çünki meteorit onunla yanaşı düşüb və toqquşmadan onu yalnız Tanrı qoruyub.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünyada ilk dəfə olaraq meteoritin yerə düşməsi səmada çəkilib.

Çəkilişlər təsadüfən aparılıb.

Norveçli skaydayver Anders Helstrup təyyarədən atılmazdan əvvəl şleminə kiçik GoPro kamerası bərkitmişdi. Onun məqsədi aşağı süzəcəyi anları çəkməkdi.


Helstrup təyyarədən atıldı və bir neçə dəqiqə aşağı sürətlə düşəndən sonra paraşütünü açdı.

O, yanından meteorit keçdiyinin fərqində deyildi.


460 km/saat sürətlə düşən skaydayver Norveçin cənub-şərqindəki Hedmark səmtindəki tullanışını uğurla başa vurandan sonra videoya baxmaq qərarına gəlib. Və onda skaydayver unikal kadrları görüb.

"Sən demə, paraşütümü açanda yanımdan meteorit şütüyübmüş, mən də görməmişəm. O meteorit mənə dəysəydi, məhv olardım. Tanrı qorudu məni. Eyni zamanda, dünyada ilk dəfə meteoritin yerə düşməsini çəkmişəm. Özüm də bilmədən", - Anders Helstrup deyib.


Norveçin tanınmış geoloqu Hans Amundsen NRK.no-ya bildirib ki, Helstrupun yanından yerə şütüyən nəsnənin meteorit olduğuna əsla şübhə etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm