Yeni okean kəşf edildi
Bizi izləyin

Bilgi.az

Yeni okean kəşf edildi

NASA-nın Cassini kosmik gəmisi Saturn planetinin 6-cı peyki olan Enceladusda nəhəng bir okean kəşf edib.

Bu barədə dəqiq dəlillər üzə çıxıb. “Science” elm dərgisində yayımlanan araşdırma nəticələrinə görə, bu peydəki nəhəng okeanda canlıların mövcud olması ehtimalı böyükdür.



Enceladusda okeanın ola bilməsi haqqında ehtimallar hələ 2005-ci ildə Cassini kosmik gəmisinin peykin cənub qütbündə su buxarı və püskürən vulkanı kəşf etməsiylə üzə çıxmışdı.



Cassinidən gələn son siqnalları incələyən alimlər peykin daxili ölçülərini də hesablamağa nail olublar.



Bildirilənlərə görə, okeanın dərinliyi 10 km-ə yaxındır. Bu okeanın günəş sistemində mikrobial canlıların yaşaması üçün ən uyğun bölgələrdən biri olduğu qeyd edilir.



Qeyd edək ki, Enceladus peyki astronom Frederick William Herschel tərəfindən 1789-cu ildə kəşf edilib./azvision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm