Bilgi.az
Dünyada BİR İLK: Enerjisini yosunlardan alan bina tikildi - FOTO
Almaniyanın Hamburq şəhərində isitmə və kondisionerləşdirmə üçün enerjini yosunlardan alınan bioyanacaqdan hasil edən dünyanın ilk yaşayış binası istismara verilib.
Publika.az-ın ICTnews.az-a istinadən verdiyi xəbərə görə, bu binada daha bir yenilik ondan ibarətdir ki, su bitkiləri "Bio Intelligent Quotient (BIQ) House" adlanan həmin bu binada becərilir.
15 mənzilli beşmərtəbəli yaşayış binasının iki divarı - cənub-şərq və cənub-qərb tərəfi Hamburqdan axan Elba çayında bitərək bina üçün yeganə istilik enerji mənbəyi kimi çıxış edən yosunlardan ibarət 129 düz akvariumla üzlənib. Akvariumlara avtomatik qidalı maddələr və karbon qazı verilir. Bundan başqa, şəffaf rezervuarlardan hər biri günəş batareyaları kimi Günəşin istiqaməti üzrə dönə bilir.
Bildirilir ki, yayda yosunlar fəal şəkildə böyüyür və çoxalırlar. Onların sayı akvariumlarda çoxalanda, xammalın bir hissəsi binanın daxilinə çatdırılaraq burada xüsusi qurğu onu bioyanacağa çevirir. Məhz "yaşıl" yanacağın yandırılması binanı qışda istiliklə təmin edir.
Üç ilə tikilən "BIQ" binasına 5 milyon avroya yaxın vəsait xərclənib. Bu, Avropada inşası "Internationale Bauausstellung" (IBA) beynəlxalq arxitektura layihələndirmə şirkətlər qrupu tərəfindən maliyyələşdirilən 16 binadan biridir. Qrupun məqsədi ekoloji təmiz binaların yaradılmasının iqtisadi baxımdan sərfəli və rentabelli olmasını sübut etməkdir.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB