• USD 1,7003 0,00% EUR 2,0028 0,00%
    • GBP 2,2538 0,00% RUB 0,0297 0,00%

Bu qəbilə çox qəribədir – FOTOLAR

  • Bilgi.az
  • 19 May 2016 13:52
  • 3 456 Baxış
Bu qəbilə çox qəribədir – FOTOLAR

Cənubi Sudanın Juba şəhərinin şimalında, Nil sahilində Mundari adlı qəbilə yaşayır. Mundarilərin əsas məşğuliyyəti heyvandarlıqdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onlara mal-qara kralları deyilir. Bu qəbilə əsasən saxladıqları Ankole-Vatusi adlı inək növü ilə məşhurdur. Boyu 2,5 metrə qədər olan bu heyvanların hər biri 500 dollara satılır.

Bu inəklər Mundari qəbiləsi üçün çox qiymətlidir. Qəbilə üzvləri heyvanlarını gündə iki dəfə masaj edir, onları tüfənglərlə qoruyur. Fotoqraf Tarıq Zaidi sənədli film üçün 4 günlük qəbilənin yaşadığı kəndə yollanıb. Zaidinin sözlərinə görə, hər qəbilə üzvünün xüsusi qayğı göstərdiyi bir inəyi olur. Maraqlıdır ki, bu heyvanlar ətlərinə görə satılmır. Heyvanların baha qiymətə satılmasının səbəbi çox süd vermələridir.

Bu inəklərin yalnız südündən istifadə olunmur, eyni zamanda, Mundari qəbiləsi inəklərin sidiyindən xəstəlik törədən mikroorqanizmləri məhv etmək üçün istifadə edir.

Fidan

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>