Marsda qədim meqasunaminin izləri tapıldı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Marsda qədim meqasunaminin izləri tapıldı - FOTOLAR

Qədim zamanlarda Mars okeanına iki asteroid düşüb və bu meqasunaminin yaranmasına gətirib çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticəyə Avropa Birliyi, ABŞ və Çindən olan geofiziklər gəliblər.

Tədqiqatın nəticələri "Scientific Reports" jurnalında dərc edilib.

"Qırmızı planet"in şimalında torpağın geomorfoloji və istilik təsvirləri əsasında alimlər göstəriblər ki, təxminən 3,4 milyard il əvvəl onun səthinə iki asteroid düşüb. Alimlər bildirir ki, sunami nəticəsində yaranan dalğaların hündürlüyü təxminən 100 metrə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm