Oğurluq etməməsi üçün oğlunu zəncirlədi - Foto
Bizi izləyin

Bilgi.az

Oğurluq etməməsi üçün oğlunu zəncirlədi - Foto

Oğurluq etməməsi üçün oğlunu zəncirlədi - Foto

Çində yaşayan ər-arvad biabırçılığın qarşısını almaq üçün kəskin addım atmalı olublar. Belə ki, valideynlər 24 yaşlı oğlanlarını tərbiyə etmək üçün onu zəncirləyiblər. Valideynlər hesab edir ki, bu yolla bir neçə il müddətində qonşularından oğurluq edən oğlanlarına azadlığı qiymətləndirməyi və düzgün tərbiyəni aşılayacaqlar. Edilmiş bir neçə xəbərdarlığa baxmayaraq, gənc oğlan öz əməlindən geri qalmayıb. Bu səbəbdən valideynlər radikal üsula əl ataraq onu beton daşa zəncirləyiblər. İndi isə zəncirlənmiş oğlan günlərini çarpayıda keçirdərək heç çölə də çıxa bilmir.

Valideynləri isə bunu qəddarlıq hesab etmir, əksinə, oğlanı həbs cəzasından qorumaq kimi başa düşürlər. Onu nə vaxt azadlığa buraxaclarını heç valideynlər özləri də bilmir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm