“Son 500 ildə islam dünyası elmə heç nə verməyib” – Əziz Sancar
Bizi izləyin

Bilgi.az

“Son 500 ildə islam dünyası elmə heç nə verməyib” – Əziz Sancar

Kimya üzrə Nobel mükafatına layiq görülən türkiyəli alim Əziz Sancar "Dahilər və yüksək zəkalılar günü" çərçivəsində keçirilən tədbirin qonağı olub.

Publika.az xəbər verir ki, professor Əziz Sancar tədbirdə qalmaqala səbəb ola biləcək açıqlamalar verib. Alim islam dünyasının elmdən uzaq qaldığını deyib: "Mən yüksək zəkalı deyiləm. Dahi uşaqlarımız var, onları təbrik edirəm. Elmlə, texnologiya ilə maraqlanan uşaqlara dəstək olmalıyıq, onların inkişaf yolunu asanlaşdırmalıyıq. Elmə yönəlməliyik. Sadəcə, Türkiyə deyil, bütün islam dünyası son 500 ildə elmə heç nə verməyib. Bu, reallıqdır, vəziyyəti düzəltməliyik. Onda 115 ildə elm sahəsində cəmi 1 türk elm adamı yox, 20 alimimiz Nobel almış olar.

Ümid edirəm ki, bizdən sonrakı nəsillər 100 il sonra Nobel alan elm adamını tədbirlərə dəvət etmək ehtiyacı hiss etməyəcək. Nobelçilərin sayı çox olduğu üçün bu, adi bir şey kimi qarşılanacaq".

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm