Nyu-Yorkda kilsə məscidə çevriləcək
Bizi izləyin

Bilgi.az

Nyu-Yorkda kilsə məscidə çevriləcək

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhər şurası müsəlmanlara keçmiş katolik kilsəsini məscidə çevirməyə icazə verib.

Şəhər şurasının qərarına əsasən, qotik üslubda inşa edilən Müqəddəs Üçlük katolik kilsəsinin damından və zirvəsindən 6 ədəd xaçın götürülməsinə və binanın məscid kimi istifadə edilməsinə icazə verilib.



Qərarın verilməsi ərəfəsində bəzi yerli sakinlər və kilsənin keçmiş ziyarətçiləri xaçların çıxarılmasına qarşı çıxmışdılar. 200-dən çox adam onlayn-petisiyanı imzalamışdı. Petisiyada deyilirdi ki, 100 il əvvəl alman mühacirlər tərəfindən inşa edilmiş keçmiş Müqəddəs Üçlük katolik kilsəsi Nyu-York şəhərinin görməli yerlərindən biri və memarlıq abidəsidir. Lakin şəhər şurasının rəhbəri qurumun dini etiqad azadlığına toxunan məsələlərə müdaxilə etmək hüququna malik olmadığını bəyan edib.



Məscidə çevriləcək kilsə ziyarətçilərin sayının kəskin azalması ilə əlaqədar 2010-cu ildə bağlanmış, ötən ilin dekabrında isə tikili müsəlman immiqrantların problemləri ilə məşğul olan qeyri-kommersiya təşkilatı tərəfindən alınmışdı./BBC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm