Malikanəsinin qarşısındakı 4 evi sökdürən kimdir?
Bizi izləyin

Bilgi.az

Malikanəsinin qarşısındakı 4 evi sökdürən kimdir?

"Facebook inc" Amerika korporasiyasının başçısı Mark Zukerberq iqamətgahının ətrafındakı evlərin sökülməsi üçün hakimiyyətdən icazə almağa çalışır.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı bildirib.

Milyarder Kaliforniya ştatındakı iqamətgahın ətrafında yerləşən dörd evin sökülməsində təkid edir. Telekanal qeyd edir ki, Zukerberq onun şəxsi həyatına müdaxilə təhlükəsi ilə narahatdır. Məlumata görə, həmin evlər iqamətgahın pəncərələrinin qabağını kəsir.

Zukerberq söküləcək evlərin yerində ümumi sahəsi 20 faiz daha az olan yaşayış obyektlərini tikməyi planlaşdırır.

2013-cü ildə "Facebook"un başçısı evinin ətrafında olan binaların alınmasına 30 milyon dollardan çox xərcləyib. O, mənzillərin pəncərələrinin birbaşa onun yataq otağına açıla biləcəyindən ehtiyat edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm