Saqqalına görə hamı onu kişi bilir
Bizi izləyin

Bilgi.az

Saqqalına görə hamı onu kişi bilir

33 yaşlı Rene adlı qadının üzündə 14 yaşından bəri tük çıxır. Rene 14 yaşından bəri saqqalla mübarizə aparır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, sosial şəbəkədə lazer əməliyyatı kimi bir çox üsula əl atdığını yazıb. İllər boyu təraş olmaq üçün səhər tezdən yuxudan oyanmaq məcburiyyətində qalan gənc qadına polikistik yumurtalıq diaqnozu qoyulub, ancaq xəstəliyə heç cür çarə tapılmır. Üzünə saqqal çıxdığını bir müddət gizlətməyə çalışan qadın şou proqrama qatıldıqdan sonra həyatı dəyişib. Rene saqqal müsabiqəsində birincilik qazandıqdan sonra taleyi ilə barışmalı olub. Hətta saqqalına forma verib, özünə karyera qurub. Rene artıq sirklərdə çalışır.

Onun ən böyük şikayəti isə insanların istehza dolu baxışlarıdır. Gənc qadın heç nəyə baxmayaraq, daha təraş olmayacağını deyir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm