Səsi qısılan Binəli Yıldırımın imdadına çatan çay – VİDEO
Bizi izləyin

Bilgi.az

Səsi qısılan Binəli Yıldırımın imdadına çatan çay – VİDEO

Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım ötən gün çıxış edərkən səsinin qısılması üzündən çətinlik çəkib. Ancaq o, xüsusi hazırlanmış çayından içdikdən sonra çıxışına davam edə bilib.

Publika.az xəbər verir ki, "Haberturk" kanalı siyasətçinin hansı şəfalı bitkilərdən yararlandığını aşkarlamağa çalışıb.

Saytın müxbirinin suallarını cavablandıran şəfalı bitki satıcısı Hüseyn Mutluər reflüks xəstəsi olan Binəli Yıldırımın səsinin qısılmasına səs borusuna doğru qalxan mədə turşularının səbəb ola biləcəyini deyib. O, belə vəziyyətdə zəncəfil, cökə yarpağı, sarıkök, darçın, biyan kökü kimi bitkilərdən hazırlanan çayın faydalı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, səs qısılması zamanı qaynanmış suya adı çəkilən bütün bitkiləri (cökə yarpağı istisnadır) əlavə edib 1-2 dəqiqə qaynatmaq lazımdır. Sonda cökə yarpağını da əlavə edib daha 1 dəqiqə qaynadılır, ocağın altı söndürülür. Çay ilıq halda içilir. Çayı dadlandırmaq üçün baldan istifadə etmək olar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm