Leninin portretini 25 ildir qoruyub saxlayır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Leninin portretini 25 ildir qoruyub saxlayır – FOTOLAR

Sovetlər birliyinin dağılmasından 25 il ötsə də, yaşlı nəslin nümayəndələri arasında SSRİ-nin qurucusu Vladimir İliç Lenini sevənlər hələ də qalmaqdadır.

Publika.az xəbər verir ki, Bakı sakinlərindən biri Leninin portretini iş otağında qoruyub saxlayır.

Belə ki, paytaxtın Babək prospekti, Şalamzadə küçəsindəki avtomobillərə texniki xidmət mərkəzində çalışan mühafizəçi Vladimir Leninin portretini divardan asıb. Mühafizəçi bunu Vladimir Ulyanova olan sevgisi ilə izah edir.

O, bildirib ki, bundan sonra da Leninin portretini mühafizəçi otağından götürməyəcək. Yeri gəlmişkən qeyd edək ki, mühafizəçi iş otağından Azərbaycanın dünya şöhrətli musiqiçisi, müğənni Müslüm Maqomayevin də portretini asıb.

Avtomobillərə texniki xidmət mərkəzinə gələnlərin ilk diqqətini isə divardan asılmış üçrəngli bayrağımız cəlb edir.

Anar Tağıyev,

FOTOLAR müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm