• USD 1,7001 0,00% EUR 2,1108 -1,08%
    • GBP 2,3855 -0,76% RUB 0,0301 -0,33%

Kabus şəhərlər – FOTOLAR

  • Bilgi.az
  • 20 Avqust 2016 19:40
  • 1 972 Baxış
Kabus şəhərlər – FOTOLAR

Qazaxıstanda tərk edilmiş "kabuslar şəhərləri" barədə çox az adamlar məlumatlıdır. Sovet vaxtında inşa edilmiş bu şəhər qalıqları bu gün Qazaxıstan əhalisinin sosial həyatının episentrlərinə çevrilib.

Publika.az Qazaxıstanda Sovet İttifaqı dövründən qalmış və xarabalığa xatırladan şəhər qalıqları ilə bağlı bu reportajın tərcüməsini təqdim edir.

Qazaxıstanın Janatas şəhəri nə vaxtsa ölkənin ən böyük sənaye mərkəzlərindən biri olub. Bu şəhər 1969-cu ildə Qazaxıstanın xəritəsindən "böyük şəhər" kimi silinərək, tarixə qovuşub. Lakin Sovet İttifaqının dağılması bu şəhərin çiçəklənməsinə ümid yaratmışdı. Çünki Sovet İttifaqı dağıldıqdan sonra bu şəhərdəki nəhəng fosfor kombinatı bağlanmışdı.

Ötən əsrin 70-80-ci illərində Janatas şəhərində minlərlə işçi çalışırdı. Lakin 90-cı illərin əvvəllərində onların hər biri bir tərəfə dağılmışdı. Bu gün bu şəhərdə yaşayan əhalinin sayı təqribən 20 minə yaxındır.

Sovet İttifaqı dövründə burada inşa edilmiş evlər, mədəniyyət sarayları, parklar, uşaq bağçaları, məktəblər və ərzaq mağazalarının qalıqları bu gün də qalmaqdadır.

Şəhərdəki nəhəng fosfor kombinatı indiyədək bir neçə dəfə özəlləşdirilsə də, ancaq Sovet İttifaqı dövründə qazanılan gücə çatmağa nail olunmayıb. Yeri gəlmişkən, son vaxtlar Rusiya şirkəti bu şəhərdəki fosfor kombinatını diriltməyə çalışır. Bu məqsədlə kombinata 75 milyon dollar sərmayə vəsaiti ayırıb.

Qazaxıstan hökuməti düşünür ki, bu vəsaitin hesabına zavod keçmiş gücünü bərpa edəcək və bunun nəticəsində minlərlə yeni iş yeri açılacaq.

Növbəti yaşayış məntəqəsi Asu-bulak adlanır. Baxmayaraq ki, burada vaxtilə 1600 nəfərlik uşaq bağçası və digər infrastrukturlar mövcud olub. Ancaq bu ərazi şəhərdən çox qəsəbəni xatırladır. Hərçənd nə vaxtsa burada 1600 uşaqda və inkişaf etmiş infrastrukturda böyük məktəb idi.

Asu-bulak qəsəbəsi Ust-Kamenoqorsk şəhərinə 90 kilometr məsafədə yerləşir. Bura Sovet İttifaqı dövründə dəmir filizi mədənləri ilə tanınıb. Qəsəbədə nəhəng dəmir filizi zavodları da mövcuddur. Hazırda qəsəbədə Sovet dövründə qırmızı kərpicdən inşa edilmiş 5 mərtəbəli binaların qalıqları qalmaqdadır. Həmin xarabalıqlar isə bu gün ovçuların məskəninə çevrilib.

Qazaxıstanın unudulmuş yerlərindən bir də Priozersk şəhəridir. Bu şəhər Karakanda vilayətinin bir hissəsidir. Şəhər 1956-cı ildə Balxaş gölünün yaxınlığındakı Sar-Şağanın poliqonunda yaradılıb.

Sovet İttifaqı dövründə bu ərazidən raketdən müdafiə sistemlərinin sınaqları üçün istifadə edilirmiş. Hazırda da ərazidə Rusiyaya məxsus qapalı hərbi obyekt mövcuddur. SSRİ-nin dağılmasından sonra bu şəhərin bir hissəsi Rusiya icarəyə verilib.

Hazırda şəhərdə 13 minə yaxın insanın yaşadığı deyilir. Vaxtilə bu şəhər də nəhəng iqtisadi və hərbi potensiala malik olsa da, ancaq bu gün nəhəng xarabalığı xatırladır.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>