Onlar ölümləri ilə... Məşhurların ilginc ölüm anları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Onlar ölümləri ilə... Məşhurların ilginc ölüm anları - FOTOLAR

"Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir", - deyib məşhur yazar Çingiz Aytmatov. Şübhəsiz ki, yazar və şairlər həyatları boyunca ədəbiyyat üçün çalışıblar. Lakin bəzi ədəbiyyatçılar var ki, onlar əsərləri ilə deyil, ölümləri ilə maraq doğurublar. Qəribə ölümləri ilə gündəmə gələn belə yazarların kitabları məhz bu dünyaya gözlərini əbədi yumduqdan sonra tirajlanmağa başlanıb. Deməli yaxşı yazar olmaq üçün bəzən yaşamaq yox, ölmək gərək...

Publika.az qəribə ölümləri ilə tanınan yazarları təqdim edir:

Çuxura düşən Orxan Vəli

Bələdiyyənin qazdığı bir çuxura düşərək beyin damarlarının çatlaması üzündən dünyasını dəyişib.

Dərman şüşəsinin qapağını udan Uliams Tennesse

ABŞ-lı yazıçı, göz problemi üçün istifadə etdiyi göz dərmanının qapağını udaraq boğulub və dünyasını dəyişib.

Başına tısbağa düşən Esxil

Antik yunan faciəsinin banisi Esxilin ölümünə yol getdiyi yerdə başına tısbağanın düşməsi səbəb olub.

Dənizdə boğulan Persi Biş Şelli

Dənizdə boğulmaq o qədər də qəribə olmaya bilər. Ancaq qəribəlik ölümündən sonra yandırılanda ürəyinin yanmaması idi. Yanmayan ürək, şairin arvadına təslim edilib.

Başına gümüş güllə sıxan Jan Potocki

Yan Potocki özünün vampir olduğuna inanırmış. Buna görə də tapançasına gümüş bir patron yerləşdirərək başına atəş açmaqla özünü öldürüb.

Estetik əməliyyatın qurbanı Olivia Qoldsmit

Həyatı boyunca bir çox estetik əməliyyat keçirən ABŞ-lı feminist yazar yenə bir estetik əməliyyatı əsnasında infarkt keçirərək dünyasını dəyişib.

Başına budaq dəyən Ödön von Xorvat

Macarıstanlı yazar Parisdə qopan fırtına əsnasında bir ağacdan qopan budağın başına dəyməsi nəticəsində dünyasını dəyişib.

Sobada qalan Silviya Plat

Ölümündən əvvəl ağır bir depressiyadan əziyyət çəkən Silviya Plat evində, başı sobada qalmış vəziyyətdə ölü tapılıb. Bu ölüm bir intihar hadisəsi olaraq qəbul edilsə də bəziləri bunun qəza olduğunu söyləyir.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm